Saakaşvilinin vəzifə istəyi: BAŞ NAZİR, MER...

Baxış sayı:
3801

Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Odessa şəhərinin meri olmaq istədiyini bildirib.
Muxalifət.az xəbər verir ki, siyasətçi bu barədə “24-cü kanal”ın efirində danışıb.
“Mən Odessaya gedib mer olmaq istəyirəm. Zarafat etmirəm, həqiqətən. Mən Odessanı qaldırmağı çox istəyirəm. Yalnız oyun qaydalarını dəyişməklə Odessanı yüksəltmək olar”, - Saakaşvili deyib.
Saakaşvili eyni zamanda yaxşı baş nazir olacağı və həmin postda fəaliyyətini yekunlaşdırdıqdan sonra Odessaya gedə biləcəyini bildirib.
Qeyd edək ki, Saakaşvili ZİK kanalına açıqlamasında prezident olmaq istəmədiyini, Ukrayna prezidentinin bu ölkədə doğulub-böyüyən bir şəxs olmasının gərəkdiyini, özünün isə Nazirlər Kabinetinə rəhbərlik edə biləcəyini dilə gətirmişdi.