​Saakaşvilinin tərəfdarı KİYEVİN QARA SİYAHISINA DÜŞDÜ

Ukrayna Təhlükəsizlik Xidməti Gürcüstan parlamentinin deputatı Kobe Nakopiyanın ölkəyə girişinə 3 illik qadağa qoyub.
Ukrayna mediası qadağanın 12 oktyabrda qoyulduğunu bildirib.
Qeyd edək ki, Nakopiya Mixail Saakaşvilinin tərəfdarı sayılır. Bir müddət öncə o, Kiyevə səfər etsə də, Ukrayna Gömrük Xidməti onun ölkəyə girişinə icazə verməmişdi.