Saakaşvilinin partiyası Ali Radaya seçkilərdə iştirak edə biləcək - QƏRAR

Baxış sayı:
478

Ukraynanın Mərkəzi Seçki Komissiyası Gürcüstanın sabiq prezidenti və Odessanın eks-qubernatoru Mixail Saakaşvilinin  “Yeni qüvvələr hərəkatı” partiyasından olan namizədləri Radaya növbədənkənar deputat seçkilərində iştirak etmək üçün qeydiyyata alıb.

Bu barədə özünün “Facebook” səhifəsində “Dayaq” vətəndaş şəbəkəsi  xəbər verib.

Xatırladaq ki, bir müddət öncə Ukraynanın MSK-ı “Yeni qüvvələr hərəkatı” partiyasından olan namizədləri qeydiyyata almaqdan imtina edirdi.

MSK partiyanın növbədənkənar qurultayının çağırılması və keçirilməsi, eləcə də namizədlər siyahısının tərtib edilməsini partiyanın nizamnaməsinin pozulması ilə baş tutduğunu bildirirdi. Lakin altıncı apelyasiya inzibati məhkəməsinin qərarı nəticəsində MSK sənədləri yenidən gözdən keçirməli olmuşdu, Ukraynanın Ali məhkəməsi isə Mərkəzi Seçki Komissiyasının Mixail Saakaşvilinin seçkilərdə iştirakı ilə bağlı şikayətinə rədd cavabı vermişdi.

Qeyd edək ki, Ali Radaya növbədənkənar seçkilər iyulun 21-də keçiriləcək.