Saakaşvilinin həyat yoldaşı seçkidə uduzduruldu - KÜTLƏVİ SAXTAKARLIQ...

Baxış sayı:
4142

Gürcüstanın Zuqdidi rayonunda icra başçısı vəzifəsinə ötən gün keçirilmiş seçkilərdə hakim “Gürcü Arzusu” partiyasının namizədi Giorgi Şengelia səslərin 54,18%-ni əldə edərək qalib gəlib.
Muxalifet.az
“Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilib.
Müxalif Vahid Milli Hərəkat partiyasının namizədi, sabiq prezident Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs isə 42,84% səs əldə edib.
Qeyd edək ki, Zuqdididə seçici fəallığı 46,88% təşkil edib. Dairə seçki komissiyalarına səsvermə prosesində qanun pozuntuları ilə bağlı ən çox şikayət məhz bu rayondan daxil olub.
S.Rulofs öz növbəsində seçkilərin nəticələrini tanımadığını qeyd edərək qələbə qazandığını bildirib.