Saakaşvilini efirdə döymək istədilər - VİDEO

Ukrayna telekanalının efirində Odessanın eks-qubernatoru Mixail Saakaşvilinin iştirak etdiyi proqramda gərginlik yaşanıb.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, Ali Radanın “Radikal partiyası”ndan olan deputatı İqor Mosiyçuk korrupsiya ilə bağlı müzakirələr zamanı az qala Saakaşvili ilə əlbəyaxa olacaqdı. Əl ağacı ilə eks-prezidentə tərəf gedən Mosiyçuk “Siz də Gürcüstanda korrupsiya ilə məşğul olurdunuz. Siz də korrupsionersiniz və buna görə də təqib edilirsiniz” - deyə Saakaşviliyə səslənib. Həmçinin onun Ukraynada siyasətlə məşğul olmağa haqqı olmadığını qeyd edib.
Deputatın irəliləməsinə aparıcı mane olub.