Saakaşvilidən Azərbaycana qarşı jest: Bir kərə yüksələn bayraq, bir daha enməz! - VİDEO

Baxış sayı:
2149

Gürcüstanın eks prezidenti Mixeil Saakaşvili, Azərbaycanın Milli Qurtuluş Günü ilə əlaqədar öz şəxsi "Facebook" səhifəsində paylaşım edib.

Mixeil Saakaşvili 2012-ci ildə Azərbaycanın Milli Məclisində etdiyi çıxışını Milli Qurtuluş Günü ilə əlaqədar bu gün yenidən paylaşıb.

O, paylaşımına başlıq olaraq rus dilində, Məmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq, bir daha enməz” sitatını yazıb.

Xatırladaq ki, Mixeil Saakaşvili 2012-ci ildə prezident olduğu zaman rəsmi olaraq Azərbaycana sonuncu səfərini edib./24News