​Saakaşvili Zelenskinin QƏLƏBƏSİNİ BU CÜR QEYD ETDİ – Video

Baxış sayı:
2062

Mixail Saakaşvili Ukraynada keçirilən seçki ilə bağlı “ekzit-poll”un nəticəsi açıqlanandan dərhal sonra “Live” kanalının suallarına canlı yayımda cavab verib.
Saakaşvili seçkinin nəticəsini artıq qeyd etdiyini vurğulayıb və şərab qədəhini efirdə nümayiş etdirib.
Zelenskinin ilk növbədə baş prokuroru dəyişməsinin vacibliyini önə çəkən Saakaşvili Ukraynanı mafiyaların idarə etdiyini və yeni hakimiyyətin buna qarşı ən kəskin şəkildə mübarizə aparması gərəkdiyini vurğulayıb.
Sabiq prezident Ukraynada vəzifə təklifi olacağı halda dəyərləndirəcəyini də istisna etməyib. Belə ki, o, Zelenskinin bir müddət əvvəl onunla əlaqə saxladığını deyib:
“Mən deyil, Zelenski özü mənimlə işləmək istədiyini demişdi”.
Maraqlı olduğunu nəzərə alaraq, Saakaşvilinin müsahibəsinin tam videosunu təqdim edirik:/Axar