​Saakaşvili və Putinin fərqi - BURCANADZE

Mixail Saakaşvilini heç bir halda Rusiya Prezidenti Vladimir Putinlə müqayisə etmək olmaz.
Muxalifət.az xəbər verir ki, bunu “Doyçe Velle” radiosuna müsahibəsində Gürcüstanın eks-spikeri Nino Burcanadze söyləyib. “Putinlə Saakaşvilini heç cür müqayisə edə bilmərəm. Ona görə ki, Putin ciddi siyasətçi və liderdir. Bu insan ölkəsi üçün nə lazım olduğunu bilir. Saakaşvili isə impulsiv adamdır. Putini hər zaman avtoritar lider kimi tənqid edirlər, amma Qərbdə heç kim Saakaşvili haqqında söz demir. Bu mənim üçün ikili standartdır. Putin Rusiyanı diz üstündən ayağa qaldırıb. Siz Rusiyaya baxın. Oradakı 15 il öncəki vəziyyətlə indiki vəziyyət müqayisəedilməzdir. İstərdim ki, Gürcüstanın da Putin kimi prezidenti olsun. Rusiya avtoritar ölkə deyil. Orada azadlıq var. Rusiyada seçki Gürcüstandan daha yaxşı keçirilir”, – deyə o bildirib.
Qeyd edək ki, Burcanadze rusiyayönlü siyasətçi sayılır. O, son iki il ərzində dəfələrlə Moskvada olub və Rusiyanın rəhbər şəxsləri ilə görüşlər keçirib./axar/