Saakaşvili Ukrayna vətəndaşlığından MƏHRUM EDİLDİ

O, bu qərardan tezliklə şikayət vermək niyyətindədir
Gürcüstanın keçmiş prezidenti, Odessa rayonunun sabiq qubernatoru Mixeil Saakaşvili Prezident Administrasiyasından onun vətəndaşlıqdan məhrum edilməsi barədə sənədlərin aldığını bildirib.
"RİA Novosti" xəbər verir ki, o, bu qərardan tezliklə şikayət vermək niyyətindədir.
"Nəhayət, biz Prezident Administrasiyasından sənədləri almışıq, bu gün və ya sabah məhkəməyə gedib şikayət verəcəyik", - M.Saakaşvili deyib.
Bir müddət əvvəl Ukrayna prezidenti Petro Poroşenko M.Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. Prezident Administrasiyası bunu M.Saakaşvili tərəfindən vətəndaşlıq alarkən düzgün olmayan məlumatların təqdim edilməsi ilə izah edib.