​Saakaşvili: “Ukrayna dövləti çökə bilər”

Baxış sayı:
2344

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili hazırki Ukrayna lideri Pyotr Poroşenkonun seçkilərdə qələbəsi halında, onun bir dövlət kimi süquta uğrayacağını ehtimal edir.
Muxalifet.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, o bu barədə Almaniya KİV-nə açıqlamasında deyib.
“Poroşenko başqasına dəyişdirilməsə, Ukrayna dövlətini süqut gözləyir. Ölkə çox yerə parçalana bilər”.
Saakaşvilinin fikrincə, bütün namizədlərin öz problemləri var və seçkilər Ukrayna dövlətinin olum ya qalım məsələsinə çevriləcək.