​Saakaşvili üçün yolun sonu gəldi - Ekspert açıqladı

Mixail Saakaşvili ilə bağlı səsləndirilən ittihamlar Ukrayna hakimiyyətinin onu Gürcüstana təhvil vermək niyyətinin olduğunu göstərir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Ukraynanın Siyasi Araşdırmalar və Konfliktlər Mərkəzinin direktoru Mixail Poqrebinski RİA-ya açıqlamasında deyib.
“Bu qərar verilə bilər. Bu, həm də Saakaşvilini qorxutmaq üçün bir cəhd də ola bilər: Bunu bitirəcəksən, biz səni təslim edəcəyik. Mən eyni zamanda düşünürəm ki, bəzi amerikalı siyasətçilər Saakaşvilinin Gürcüstana təhvil verilməyəcəyi ilə bağlı ona vədlər verib. Lakin bu, o qədər də sadə deyil. Yəni, məsələ Ukrayna və Poroşenkonun ABŞ-ın nəzarətində olması ilə bitmir. Prinsip etibarilə Poroşenko Saakaşvilini Tiflisə təhvil verə bilər”, - ekspert bildirib.
Qeyd edək ki, bu gün Ukrayna Miqrasiya İdarəsi M.Saakaşviliyə qaçqın statusu verməkdən imtina edib.
Bundan öncə, Ukrayna Baş prokuroru Yuri Lutsenko isə eks-prezidenti çevriliş cəhdində günahkar bilib.