SAAKAŞVİLİ TƏRƏFDARLARINA NÖVBƏTİ DƏFƏ MÜRACİƏT ETDİ – “İnanıram ki, qələbəni birlikdə qeyd edəcəyik ”

Baxış sayı:
612

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili Rustavi həbsxanasından tərəfdarlarına növbəti məktub ünvanlayıb.

Qafqaz.media Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, eks-prezident 30 oktyabr seçkilərinin əhəmiyyətini vurğulayıb və tərəfdarlarını səs verməyə çağırıb.

“Dəstəyə görə hər kəsə təşəkkür etmək istəyirəm...

Hər kəsin iradəsini ifadə etmək və məntəqələrə nəzarət etmək üçün oktyabrın 30-da seçkiyə gəlməsi vacibdir.

Qələbə yaxındır, mənim azadlığım sizdən asılıdır və inanıram ki, qələbəni birlikdə qeyd edəcəyik ”, - Saakaşvilinin məktubunda deyilir.

Xatırladaq ki, eks-prezident oktyabrın 1-də Tiflisdə həbs edildikdən sonra aclıq aksiyasına başlayıb.