​Saakaşvili tərəfdarlarına hücum: YARALILAR VAR

Baxış sayı:
2305

Ukrayna ordusu Kiyevdə Ali Rada önündə yığışan Gürcüstanın sabiq prezidenti, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvilinin tərəfdarlarına hücum edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə zamanı etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib.
Olay nəticəsində hər iki tərəfdən çox sayda insan yaralanıb.
Hücum zamanı təhlükəsizlik işçiləri Saakaşvili tərəfdarlarının bir neçəsini həbs edib.