​Saakaşvili Tiflisə qayıdacağı VAXTI AÇIQLADI

Baxış sayı:
709

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Belçikanın Lyej şəhərində miqrantlarla görüşündə hələ ki, Gürcüstana qayıtmaq üçün lazımi şərtlərin olmadığını açıqlayıb.
Gürcü siyasətçi buna baxmayaraq, bir gün mütləq vətəninə qayıdacağını vurğulayıb.
“Məndən tez-tez soruşurlar: Siz nə zaman Gürcüstana qayıdacaqsınız? Cavabı budur: Məgər, Gürcüstandakı hazırki situasiya bizim qayıdışımız üçün əlverişlidirmi? Hazırda o vəziyyət mövcud deyil. Lakin yaxın həftələrdə, aylarda biz o günü hazırlamalıyıq. Vətənin məhvinə uzaqdan baxmaq mümkün deyil”, - deyə Saakaşvili bildirib.
Eks-prezident ölkəsində qaçılmaz hesab etdiyi dəyişiklikləri də sadalayıb. O əlavə edib ki, 1-1,5 milyon Gürcüstan vətəndaşı geri qayıtmalıdır. Eyni zamanda siyasətçi Gürcüstanda doğulmuş və gürcü əsilli olan hər bir kəsə bu ölkənin vətəndaşlığının mütləq şəkildə verilməsinin də tərəfdarı olduğu bəyan edib./Axar