Saakaşvili: "Təcili Poroşenkonu devirməliyəm"

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru, iyulun 26-da Ukrayna vətəndaşlığından çıxarılan Mixail Saakaşvili açıqlamaları ilə yenə hamını təəcübləndirib.
 
Litvanın “Baltiktayms” portalına müsahibə verən Saakaşvili Rusiyanın Belarusu işğal etmək niyyətində olduğunu deyib.
Onun sözlərinə görə, Rusiya-Belarus arasında “Qərb-2017” təliminin əsas məqsədi bundan ibarətdir.
Saakaşvili Avropanı Rusiya təhlükəsindən qorumaq üçün yolları da açıqlayıb: “Ukraynada sabitliyin və suverenliyin bərpası Avropanı Kremlin işğal planlarından qurtara bilər. Bunun üçün təcili Kiyevə qayıtmalı, Petro Poroşenkonu devirməli və Avropanı müdafiə etməliyəm”.