SAAKAŞVİLİ SEÇİCİLƏRİNƏ VERDİYİ SÖZÜ TUTDU... - Bilet aldı, bu tarixdə Gürcüstana qayıdır

Baxış sayı:
684
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili oktyabrın 2-də axşam Kiyev-Tbilisi təyyarə reysi ilə ölkəsinə qayıdacaq.

Qafqaz.media xəbər verir ki, bunu Saakaşvilinin özü bəyan edib.

Gürcü lider fikrini sübut etmək üçün aldığı biletin şəkilini də paylaşıb.

Saakaşvili Gürcüstana anası Giuli Alasania ilə bərabər qayıdacağını bildirib.