​Saakaşvili Qaydarın qızını özünə müavin təyin etdi

Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili məsləhətçisi Mariya Qaydarı özünə müavin təyin edib.
Virtualaz.org bildirir ki, bu barədə “Ukrainform” məlumat yayıb.
Məlumatda bildirilir ki, M.Qaydar əsasən sosial müdafiə və səhiyyə sahələri ilə məşğul olacaq.
Mariya Qaydar siyasətçi, jurnalist və ictimai xadimdir. O, məşhur siyasi xadim, mərhum Yeqor Qaydarın qızıdır.
Saakaşvili onu özünə məsləhətçi götürəndən sonra prezident Pyotr Poroşenko Mariya Qaydara Ukrayna vətəndaşlığı verib.