​Saakaşvili: “Putinə hədiyyə etmək istəmirəm”

Gürcüstana səfər etməkdən qorxmuram.
Bunu jurnalistlərə açıqlamasında Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili söyləyib.
“Putinə hədiyyə etmək istəmirəm. Əgər Gürcüstana göndərilsəm, sizi əmin edirəm ki, tez bir zamanda azad olacağam. Bunu Gürcüstan və Ukrayna hakimiyyətləri çox yaxşı bilir. Gürcüstan hökumətinin belə böyük gücü olsa idi, məni çoxdan həbs edərdilər. Gürcüstan əhalisinin böyük qismi, hüquq-mühafizə orqanları və ordu mənim partiyamı dəstəkləyir”, – deyə o bildirib.