Saakaşvili Poroşenkoya bir neçə saat vaxt verdi - VİDEO

Baxış sayı: 88

“Pyotr Poroşenko Ukrayna prezidenti olduğu müddətdə, ölkədə yaxşılığa doğru heç nə dəyişməyəcək”.
SİTA agentliyi xəbər verir ki, bunu "Yeni güclərin hərəkatı" partiyasının rəhbəri, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukrayna Ali Radasının yaxınlığında keçirilən mitinqdə çıxışında deyib.
“Nə qədər ki, Poroşenko var, heç nə yaxşı olmayacaq. Əgər bu gün Poroşenko sizi eşitməyəcəksə, onda başqa yerə köçmək lazımdır. Poroşenko öz postundan getməli və Ukrayna xalqını azad etməlidir”, - Saakaşvili deyib.
Mitinq iştirakçıları bu sözləri razılıqla qarşılayaraq “Poroşenko istefa!” şüarı səsləndiriblər.
Saakaşvili tərəfdarlarından “əllərini qələbəyə qədər aşağı salmamağı xahiş edib.
“Bu insanlar (parlament deputatları –red.) günün sonuna kimi xalqımızın xeyri üçün heç bir qərar qəbul etməyəcəksə, onda biz növbəti - prezidentin istefası tələbi üzərində düşünməliyik”, - siyasətçi deyib.
Saakaşvili Ukrayna dövlətinin başçısını məhkəmə və Ali Radanın bütün səlahiyyətlərinin hamısını öz əllərində cəmləməkdə ittiham edib: “Ukraynada artıq siyasi proses yoxdur. Bir insanın iradəsi var”.
O, bu gün ölkə, vətəndaşlar və Ukraynanın gələcəyi üçün çox vacib anın gəldiyini vurğulayıb.