​Saakaşvili Poroşenkonun Zelenski ilə debatda miskin və bədbəxt vəziyyətə düşdüyünü bildirib

Baxış sayı:
11575

Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukrayna prezidenti Pyotr Poroşenko və Vladimir Zelenski arasındakı debatlar barədə təəssüratlarını paylaşıb.
Gürcü siyasətçi Poroşenkonun debatda olduqca miskin vəziyyətdə göründüyünü və debatlarda məğlub olduğu üçün özünü ifşa etdiyini söyləyib
“Poroşenko deyir ki, insanlar Zelenskini tanımır. Lakin Ukrayna vətəndaşları Poroşenkonu yaxşı tanıyırlar. Bu adam özünü Çörçillə müqayisə edir. Yəqin ki, Çörçill indi qəbrində yerində fırlanır”,-deyə M.Saakaşvili bildirib.
Mixail Saakaşvili seçkilərin ikinci turundan sonra “Poroşenko sistemi”nin Ukraynada xaos törədə biləcəyi barədə xəbərdarlıq edib.
Gürcüstanın keçmiş prezidenti Vladimir Zelenskinin qalib gəlməsi halında özünün ikinci evi saydığı Kiyevə dönəcəyini təkrarlayıb.
Mixail Saakaşvili seçkilərin favoritinə korrupsiya ilə mübarizə sahəsində məsləhətlər də verib. O, bunun üçün Gürcüstanda aparılan uğurlu islahatları nümunə gətirib.
“Sizin seçkidə məğlub edəcəyiniz insanlar mafiyadan başqa bir şey deyil”,-deyə bildirən M.Saakaşvili V.Zelenskiyə ilk öncə baş prokuror Yuri Lutsenkonun dəyişdirilməsinin vacib olduğunu vurğulayıb./musavat.com