Saakaşvili Poroşenkonu silahdaşlarının oğurlanmasında ittiham edib

Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna prezidenti Pyotr Poroşenkonuüç silahdaşının oğurlanmasını təşkil etməkdə günahlandırıb.
O, bu barədə "Facebook" səhifəsində yazıb.
"Mənim dostum, hərbçi, Donbasdakı müharibənin qəhrəmanı David Makişvili, həmçinin mənim keçmiş mühafizəçim və sürücümü küçədə, Poroşenkonun şəxsi sərəncamına əsasən bütün qanunları pozaraq oğurlayıblar", — deyə Saakaşvili yazıb.
Siyasətçi bildirib ki, onun üç silahdaşını xüsusi təyinatlıların müşayiəti ilə Ukrayna Milli Qvardiyasının təyyarəsində Gürcüstana göndəriblər. Saakaşvilinin sözlərinə görə, onların başlarına torba keçirilib.