Saakaşvili Poroşenkonu məhkəməyə verir

Gürcüstanın eks-prezidenti, Odessanın sabiq qubernatoru Mixail Saakaşvili Ukrayna Prezidenti Petro Poroşenkonu məhkəməyə verəcəyini açıqlayıb.
 
Saakaşvili Ukrayna vətəndaşlığından çıxarılması ilə bağlı məhkəməyə müraciət edəcək:
"Biz inzibati məhkəməyə müraciət edəcəyik. Əgər inzibati məhkəmədə alınmasa, Strasburqa gedəcəyik".
Saakaşvili Poroşenkonu təhdid etməyi də unutmayıb:
"Mənim Ukrayna xüsusi xidməti ilə yaxşı əlaqələrim var. O unutmasın ki, mən sabiq ukraynalı sərhədçiyəm. Ukraynanın bütün giriş və çıxışlarını yaxşı tanıyıram".