"Saakaşvili mənə Ukraynanın baş naziri olmağı təklif etdi"

Ukraynanın daxili işlər naziri Arsen Avakov Odessa qubernatoru Mixail Saakaşvilinin ona ölkənin baş naziri postunu təklif etdiyini açıqlayıb.
A. Avakov “Zerkalo nedeli” qəzetinə müsahibəsində bildirib ki, M.Saakaşvili ilə aralarında olan dekabr münaqişəsindən bir neçə gün əvvəl M. Saakaşvili kabinetinə gələrək ona hökumətə rəhbərlik etməyi təklif edib: “Saakaşvili dedi ki, “Gəl razılaşaq, sən baş nazir ol, mən də baş nazirin birinci müavini”.
 A. Avakov əlavə edib ki, M. Saakaşvili baş nazir postuna alternativ namizəd kimi Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksandr Turçinovu göstərib. O, həmçinin Odessa qubernatoru Mixail Saakaşvilinin prezident Petro Poroşenkoya müxalif qrupa qoşulduğunu iddia edib.
 Xatırladaq ki, ötən il dekabrın 14-də Ukrayna Milli İslahatlar Şurasının iclasında A. Avakovla M. Saakaşvili arasında açıq münaqişə baş verib. Onlar bir-birini korrupsiyada ittiham edib təhqiramiz ifadələr səsləndiriblər. A. Avakov hətta M. Saakaşviliyə su ilə dolu stəkan atıb(apa).