​Saakaşvili: Mənə söz verdilər

Baxış sayı:
3124

Mən Ukraynanı xilas etməyə çalışıram.
Bunu “İndependent” qəzetinə müsahibəsində Mixail Saakaşvili söyləyib.
“Mənə söz veriblər ki, Prezident Pyotr Poroşenkonu tənqid etməyi dayandıracağım gün təhdidlər də dayanacaq. Ukrayna hökuməti xalqdan milyardlarla dollar oğurlayıb. Buna görə ona qarşı impiçment elan edilməlidir. Normal ölkələrdə impiçment proseduru təşkil etmək olur. Muqabenin timsalında biz gördük ki, bu hətta Zimbabve kimi ölkələrdə də baş verir. Lakin Ukraynada qanun yoxdur ki, impiçment elan olunsun. Ona görə də insanlar prezidentdən narazıdırlar. Biz hamımız anlayırıq ki, Ukraynaya yeni güclü lider lazımdır”, – deyə o bildirib.