“Saakaşvili MKİ-nin sifarişini icra edir” - Nino Burcanadze

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin tapşırığı ilə çalışır.
Axar.az xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında Gürcüstanın eks-spikeri Nino Burcanadze söyləyib. Onun sözlərinə görə, Rusiya KİV-ləri Saakaşviliyə çox diqqət yetirməməlidirlər: “MKİ genişmiqyaslı layihə üzərində çalışır. Bunun məqsədi Rusiyanın 2018-ci ildə futbol üzrə Dünya Çempionatından məhrum edilməsidir. Üstəlik, Saakaşvili gələn il Rusiyada keçiriləcək prezident seçkisinə də təsir etməlidir. Saakaşvili MKİ-nin onun qarşısında qoyduğu hədəfə Ukrayna və Rusiyaya ağır problemlər yaratmaqla çatmalıdır. Saakaşvili bilir ki, sona qədər getməlidir”.