Saakaşvili Milli Hərəkat sədrinin dəyişməsini TƏKLİF EDİR: “Yeni bir liderə ehtiyac var...”

Baxış sayı:
5599

“Milli Hərəkat bayrağı təhvil alacaq yeni bir liderə ehtiyac duyur”.
Muxalifet.az xəbər verir ki, Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili bu haqda özünün Facebook səhifəsində yaydığı video-müraciətində bildirib.
Saakaşvilinin sözlərinə görə, Qriqol Vaşadze son prezident seçkilərində birləşmiş müxalifətin namizədi kimi öz potensialını kifayət qədər göstərə bilib. Eks-prezident hesab edir ki, bütün bunlara rəğmən, növbəti seçkidə qalib gəlmək üçün Milli Hərəkat səsvermə yolu ilə yeni lider seçməlidir.
"Sizi Milli Hərəkatın gələcək qurultayına dair düşüncələrimlə tanış etmək istəyirəm. Ötən il səslərin İvanişvili hakimiyyəti tərəfindən oğurlanmasına baxmayaraq, bu prezident seçkiləri Gürcüstanda böyük dəyişikliklərin təməlini qoydu. Nəhayət, Gürcüstan hökumətində tamamilə fərqli insanların geniş koalisiyası olmalıdır.
Vahid Milli Hərəkat böyük bir qüvvədir, amma düşünürəm ki, daha yaxşı gələcək üçün partiyanın siyasi quruluşunu, daxili quruluşunu mütəmadi yeniləmək və dəyişdirmək lazımdır.
Buna görə, mənim fikrimcə, Milli Hərəkatın sədrini seçmək vacibdir. Çünki Milli Hərəkat sizinlə birgə bayrağı alacaq bir liderə ehtiyac duyur”.
Sonda Saakaşvili onu da deyib ki, o, şəxsən Qriqol Vaşadzenin namizədliyini dəstəkləyəcək.
Muxalifet.az