Saakaşvili Kiyevdə yürüş keçirdi - FOTOLAR

Kiyevdə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin çağırışı ilə "Qəzəblilərin yürüşü" baş tutub.
Muxalifet.az "Report"a istinadən bildirir ki,700 nəfərə yaxın şəxs Mixaylovski meydanına toplaşaraq Ali Rada qarşısında yerləşən Konstitusiya meydanına doğru hərəkət edib.
Yürüş iştirakçılarının əsas tələbi ölkə prezidenti və Antikorrupsiya Məhkəməsinin impiçmenti haqqında qanunun qəbul olunmasıdır.
"Yeni qüvvələr hərəkatı"nın nümayəndəsi İvan Slobodyanık Mixaylovski meydanına məhsul yarmarkasının təşkil olunmasını təxribat adlandırıb. Buna baxmayaraq dəstə bir araya gəlib və marşrut üzrə hərəkət edib.
Yürüş iştirakçılarına müxalifət nümayəndələri başçılıq edib, Saakaşvilinin özü isə aksiyaya həyat yoldaşı və oğlu ilə gəlib.