​Saakaşvili: “İvanişvilini əzib keçəcəyəm”

İvanişvilinin mənim Gürcüstana dönüş yolumda dayanması sürət qatarının qabağında dayanmağa bənzəyir.
Bunu Batumidə öz tərəfdarlarına telefonla müraciəti zamanı Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili söyləyib. Onun sözlərinə görə, tezliklə, son dörd ilin bədbəxtliyi geridə qalacaq:
“Ölkənin yeganə inkişaf yolu oyanışdır. Bizi heç kim saxlaya bilməz. İvanişvilinin mənim yolumda dayanması sürət qatarının qabağında dayanmaq kimi bir şeydir. İstənilən halda sürət qatarı öz yolunu gedəcək, o isə əzilib relslərə yapışacaq”.