​SAAKAŞVİLİ İSTİNTAQDA DİNDİRİLİR

Baxış sayı:
1144

Ukraynanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili növbəti dəfə ifadə vermək üçün Ukrayna Təhlükəsizlik Xidmətinə gəlib.
Trend-in məlumatına görə, o, cinayətkar qrup iştirakçılarına kömək göstərilməsi işi üzrə istintaq işində şübhəli şəxs qismində dindirilir.
Məlumata görə, istintaq yerli vaxtla saat 12:00-a təyin edilsə də, M.Saakaşvili 20 dəqiqə gecikmə ilə çatıb.
Qeyd edək ki, Tbilisi məhkəməsi sabiq prezident M.Saakaşvilinin barəsində qiyabi olaraq 3 il müddətinə həbs olunması barədə qərar qəbul edib.