Saakaşvili indi də Macarıstanda

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Macarıstana gedib.
 
Bu barədə o, özünün “Facebook” səhifəsində yazıb. “Ailəmlə birlikdə Balaton gölünə gəldik. Macar kralı Andraş və onun həyat yoldaşı, ukraynalı şahzadə Anastasiyanın heykəlinin qarşısında” , - deyə o, paylaşdığı fotonu müşayiət edən qeydində bildirib.
 Xatırladaq ki, M. Saakaşvili iyulun 26-da Ukrayna vətəndaşlığından məhrum edilib. Həmin vaxt o, ABŞ-da olub. Sonra Saakaşvili Polşaya, oradan isə Litvaya gedib.