Saakaşvili etirazlar dalğasında Ukraynaya qayıtmaq niyyətindədir - MÜSAHİBƏ

Prezident Poroşenko tərəfindən Ukrayna pasportundan məhrum edilmiş Mixail Saakaşvili BBC-ə müsahibəsində deyib ki, "insanların səfərbərliyi" nəticəsində ölkəyə qayıtmaq və pasportunu geri almaq niyyətində qərarlıdır.
 
"Mən Ukraynaya qayıdacağam, çünki insanlar səfərbər olacaq, biz onsuz da insanları payız üçün səfərbər etmək istəyirdik", - müxalifətin bir hissəsinin planlarını nəzərdə tutan Mixail Saakaşvili BBC müxbiri Yuri Vendikə deyib.
"Mübarizə genişlənəndə, ilk məqam yaranınca və bu məqam kifayət qədər tez yaranacaq, mən gəlib fəal iştirak edəcəm".
Mixail Saakaşvili vətəndaşlıqdan məhrum olunmasını özünə qarşı "iki oliqarxın məkrli ittifaqı" adlandırıb.
"Belə bir açıq səfehliyə yol verməmək üçün Poroşenkonun nə ağlı, nə təcrübəsi, nə də təmkini çatıb... Ölkəni idarə etmək yox, özünü vurmaqla məşğuldur".
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynaya Maydandan sonra gəlib. O, ötən ildən bəri prezident Petro Poroşenkoya qarşı müxalifətə keçib.
Ukraynanın miqrasiya xidməti bildiririr ki, Saakaşvilinin vətəndaşlığı pasport alarkən yanlış məlumat verdiyinə görə ləğv olunub.
Qeyri-rəsmi olaraq deyilir ki, Saakaşvili ona qarşı Gürcüstanda qaldırılmış cinayət işlərini qeyd etməyib.
Saakaşvilinin özü bunu bəhanə adlandırır.
BBC: Bilirik ki, sizin Ukrayna vətəndaşlığından məhrum edilmənizin səbəbi kimi sizin Gürcüstanda cinayət təqibiniz haqqında yalan məlumatların verilməsi göstərilir. Ancaq biz başa düşürük ki, sizin də, sizin tərəfdarlarınızın da baş verənlər barəsində başqa bir izahınız var. Məhz hansı?
Мixail Saakaşvili: Birincisi: Bunun belə olduğunu bir saniyəlik qəbul etsəniz də, işlər belə edilmir. Bunu belə gizlicə, mən olmayanda, qısa müddətli New Yorka gedərkən, etmək deməkdir ki, hakimiyyət nəyisə düzgün etmir, çünki onlar tələsir.
Hüquqi iradlar varsa, bu başqa cür edilir - insanlar xəbərdar edilir, bütün tərəflərin fikri öyrənilir. İş məhkəməyə göndərilsə, hamıya sənədlər təqdim olunsaydı bu hüquqi proses təəssüratı yaradardı. Gördüyümüzün isə hüquqi proseslə heç bir əlaqəsi yox idi.
Əlbəttə ki, bu prezident Poroşenkonun qorxaq aktı olub - sadəcə arxadan vurulan bıçaq zərbəsi. Burda hüquqi terminlər, zənnimcə, heç bir məna daşımır.
Konkret olaraq onların dediklərinə gəlincə: ciddi baxılsa - mən hansısa məhbəsdən qaçan cinayətkar deyiləm axı. Mən hər yerə gedib, ölkə liderləri, baş nazirlər, prezidentlərlə görüşür, beynəlxalq forumlarda çıxış edirəm.
Gürcüstanın uydurma ittihamlarını heç bir ölkədə tanımırlar. Onları Ukrayna da tanımayıb. Gürcüstanda heç bir yeni ittiham yoxdur.
Bu gülünc ittihamlar hamıya məlumdur. Onları heç kim tanımayıb və tanımaycaq.
Ukrayna onları tanımırdı - və qəfildən tanıdı, çünki Poroşenkoya belə lazım idi. Yalnız ona görə ki, Poroşenko İvanişvili ilə görüşdü. Bu iki oliqarxın mənə qarşı "məkrli ittifaqıdır". Bütün məsələ budur. Onların rəsmi versiyalarını qəbul edən axmaq qalmayıb.
BBC: Bəs yenə də, bu qərarın real səbəbləri nədir?
М.S.: Səbəblər çox sadədir. Hər şey çox sadədir. Poroşenko məni oliqarx və öz hakimiyyətinin əlində saxlanılmasına qarşı əsas problem hesab edirdi. Onlar nəinki hakimiyyətin əldə saxlanılması, Ukrayna dövlətinin satılması və öldürülməsi siyasətini - hərçənd ki, bunu siyasət adlandırmaq çətindir - həyata keçirirlər.
Təbii ki, mən bu barədə getdikcə daha çox danışırdım. Mən bunu nümayiş etdirirdim. Ölkə boyu səfərlər edir, insanlarla görüşürdüm, mənim insanlarla çox yaxşı təmaslarım var.
Viktor Yuşşenkonun 2013-2014-cü illərdəki kampaniyası istisna olmaqla Ukrayna regionlarında mənim qədər insan toplayan olmayıb. Təbii ki, bunlar Poroşenkonu qorxudub.
BBC: Lakin bu gün dərc edilmiş (müsahibə - cümə axşamı alınıb) ən son rəy soğularına əsasən, sizin mənsub olduğunuz "Yeni qüvvələrin əli" partiyasının reytinqi iki faizdən aşağıdır. Və bu, misal üçün "Batkivşina" partiyasından fərqli olaraq Petro Poroşenko blokuna təhükə təşkil edən siyasi qüvvə təəssüratını bağışlamır.
М.S.: Mən bütün sorğulara görə, Ukraynanın ən populyar siyasətçilərindən biriyəm.
Birincisi, mən şübhə edirəm ki, "Yeni qüvvələrin əli"nin yalnız 2 faizi (reytinqi) var, insanlar onu mənim adımla əlaqələndirəndə "Yeni qüvvələrin əli"nin reytinqi artır. Və bu da onu qorxutdu, çünki məndə ayrıca populyarlıq və ayrıca çox güclü xalqın dəstəyi var, həm də mənim adımla bağlı olan sıfırdan topladığım çox layiqli insanların və parlament üzvlərinin, regional liderlərin də üzvü olduğu yeni təşkilat var. Yalnız onlar yenicə möhkəmlənirlər.
Poroşenkonun problemi o qədər də partiya ilə yox, mənimlə bağlıdır, hərçənd ki, mən və partiya sıx bağlıyıq.
BBC: Siz Poroşenkonun Gürcüstana səfərini xatırlatdınız. O orda nə eşidə bilərdi ki, belə qərara səbəb olsun?
M.S.: O ora mənimlə öz problemini həll etmək üçün getmişdi. Ona orada başa heç nə maraqlı deyildi. O, mənim Gürcüstana ekstradisiya edilməyim barədə razılığa gəlmək istəyirdi. Amma İvanişvili məni Gürcüstana ekstradisiya etmək istəmir, çünki orda məni zindanda saxlamaq mümkün olacaq.
Ona görə də onların Urekidə iki saatdan artıq davam edən məxfi görüşdə belə bir sövdələşmə əldə olunub ki, Gürcüstan prokurorluğu sorğu göndərir, Poroşenko isə bu məlumatın iki və ya üç il bundan əvvəl təqdim edilən məlumatdan fərqli qələmə verir.
Bax, bütün hekayə budur. Bütün bunlar ağ saplarla elə tikilib ki, bunu formal tərəfinin ciddi müzakirəsini gərəkli hesab etmirəm.
BBC: Bildirmişdiniz ki, qətiyyətlə Ukraynaya qayıtmaq niyyətindəsiniz. Yaranmış vəziyyətdə bu məhz hansı şəkildə olacaq?
M.S.: Mən Ukraynaya qayıdacam, çünki insanların səfərbərliyi olacaq. Biz onsuz da payızda insanları səfərbər etmək istəyirdik. İnsanların səfərbərliyi olanda. Mən bununla hər gün məşğul oluram. Düşünürəm ki, əlbəttə, bu mənə hansısa maneələr yaradır, mən uzaqdayam, amma çox texniki rabitə vasitələri var.
Tam səfərbərlik olanda, əlbəttə, mən kənarda olmayacam, oturub bu mübarizəyə kənardan baxmayacam. Mən bu mübarizənin təşəbbüskar üzvü olacağam.
Mübarizənin gedişatında ilk hadisə baş verəndə- bu məqam çox tez baş verəcək, əlbəttə mən gələcəm və Ukraynada fəal hissə olacağam.
Tarixdə əbədi idarə etmək istəyən insanların xaricə sürgün edilməsi halları çox olub.
Sovet dövründə Soljenitsın, Bukovsi, Rostropoviç, Qalina Vişnevskaya və digər xadimlər sürgün edilib, bütün bunlar həmişə çox pis qurtarıb. Göndərilənlər geri qayıdırdılar. Sürgün edilməyənlər yoxa çıxırdılar və ya həbsxanalara düşdülər, belə ki, bir dəfə bu yola başlayanlar başlarına bəla qazanacaqlar.
Düşünürəm, Poroşenko da belə cəfəngiyatı həyata keçirmək üçün beyin, təcrübə, təmkin çatışmadı. Doğrudan da, o dünən özünü güllələdi və yenidən nəzarət atəşi açdı. O, olkə idərəetməsi ilə deyil, özünü güllələməklə məğuldur.
BBC: Əgər qayıda bilməsəniz, nə etmək fikrindəsiniz?
M.S.: Mən bunu istisna edirəm. Düşünürəm ki, Ukraynaya qayıdacam. Ukrayna xalqına qayıtmağa söz vermişəm, mən də həmişə öz vədlərimi yerinə yetirirəm.
BBC: Sizdə başqa ölkənin pasportu var? Eşitmişəm, demişdiniz ki, sizdə yalnız Ukrayna vətəndaşlığınız var, buna görə təkrar edirəm və vurğulayıram, sizdə digər ölkələr tərəfindən verilmiş pasportlar varmı?
M.S.: Mənim heç bir ölkənin heç bir sənədi yoxdur. Məndə onları götürməyə də heç bir istək yoxdur.
Mənim Poroşenko tərəfindən qanunsuz olaraq ləğv olunan Ukraynanın tamamilə qanuni pasportu var. Və qanun bərpa olunacaq, buna heç kim şübhə etməsin.