Saakaşvili: Ermənistana yol çəkilməsi faciədir

Baxış sayı:
8476

Rusiya və Gürcüstan arasından Ermənistana dəhlizin çəkilməsi haqqında müqavilənin imzalanması faciədir.
Muxalifet.az xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Abxaziya və Cənubi Osetiya ərazisindən keçməklə Gürcüstanla Rusiya arasında yeni buraxılış məntəqələrinin açılmasını şərh edərkən bildirib.
“Mən bu məntəqələrin 2012-ci ildə bizim beynəlxalq səviyyədə tanınan sərhədlərimizdə qoyulması barədə razılığa nail olmuşdum. Bu, İvanişvilinin təslim olmasıdır. Bu, gürcü dövlətçiliyi üçün uzunmüddətli faciə olacaq”, - deyə o yazıb.
Bildirilib ki, Rusiya ilə Gürcüstan arasında əldə edilən razılaşmaya əsasən, buraxılış məntəqələri Abxaziya və Cənubi Osetiya ərazilərində qoyulacaq. Məntəqənin işini İsveçrənin “SGS” şirkəti təşkil edəcək.