​Saakaşvili çevriliş hazırlayır – BAŞ PROKUROR

Mixail Saakaşvili Ukraynada dövlət çevrilişi həyata keçirmək istəyir.
Bunu Regional İnkişaf Şurasının iclasında çıxışı zamanı Ukrayna Baş prokuroru Yuri Lutsenko söyləyb.
“Dinc yürüş haqqının olması hərbi çevrilişə hazırlıq görməyə haqq vermir. Onlar xaricdən maliyyələşirlər və mən bunu isbat edəcəyəm”, – o bildirib.
Lutsenko Saakaşvilinin avantürist olduğunu söyləyib:
“Mən bunu niyə deyirəm? Ona görə ki, Saakaşvili Gürcüstan prezidenti olanda deputatların toxunulmazlığı barədə konstitusiya qəbul etdi. Bizdə o, toxunulmazlığı ləğv etdirmək istəyir. Gürcüstanda açıq partiya siyahıları yoxdur. Bizdə isə nədənsə buna ehtiyac duyulur. Niyə?”