Saakaşvili Avropanı dolaşacaq – SƏNƏDSİZ - VİDEO

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru, iyulun 26-da Ukrayna vətəndaşlığından çıxarılan Mixail Saakaşvili Polşaya gəlib.
 
O, burada Avropa ölkələrinə səyahət edəcək.
Saakaşvilinin sənədsiz formada Polşaya gəlməsi dünya mediasının gündəmini zəbt edib.
Polşada jurnalistlər qarşısına çıxan Saakaşvili maraqlı açıqlamalar verib:
"Mən qanunvericilik bazasını öyrənirəm və hazır olanda ora gedəcəm. Hakimiyyət milyonlarla ukraynalının fikirlərinə qarşı çıxa bilməz. Ukraynanın Avropa nəhəngi olmasını istəyirəm. Ukraynaya leqal formada daxil olacam".