​Saakaşvili arvadı ilə birlikdə məhkəmədə himn oxudu - VİDEO

Baxış sayı:
6094

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Kiyevin Peçersk rayon məhkəməsində Ukraynanın himnini oxuyub.
Muxalifət.az UNİAN agentliyinə istinadən xəbər verir ki, o, himni məhkəmə zalında olan həyat yoldaşı ilə birlikdə ifa edib.
Qeyd edək ki, Saakaşvili dekabrın 8-də Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Keçmiş prezident cinayətkar təşkilatların iştirakçılarına kömək etməkdə və onların cinayətkar fəaliyyətinin gizlədilməsində ittiham olunur. Saakaşvili Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin yaxın ətrafı tərəfindən maliyyələşmədə şübhəli bilinir.
Ukrayna Baş Prokurorluğunun mətbuat katibi Larisa Sarqan bildirib ki, prokurorlar Saakaşvili barəsində elektron qolbağın daşınması ilə ev həbsi şəklində ehtiyat tədbirinin seçilməsi haqqında xahiş edəcəklər.