​Saakaşvili ABŞ prezidenti Tramp barədə: “Biz dostuq”

Odessa qubernatoru vəzifəsindən istefa vermiş Mixail Saakaşvili yeni ABŞ prezidenti Donald Trampın prezident seçkilərindəki qələbəsini şərh edib.
Virtualaz.org xəbər verir ki. özünün “Facebook” səhifəsində Saakaşvili Trampla birgə fotoşəklini yerləşdirərək yazıb:
“Onunla 20 ildən artıqdır ki, dostam. Bunu ehtiyatla öncədən deyirdim. Gözlənilməz siyasəti olan güclü şəxsiyyətdir. Biz ehtiyatlı olmalı və əvvəlkindən daha çox təşkilatlanmalıyıq”.
Xatırladaq ki, ABŞ-da keçirilmiş prezident seçkilərində respublikaçı Donald Tramp qalib gəlib.