​Əş-Şəbab bu ölkəyə hücum etdi: 6 ölü, 14 yaralı

Baxış sayı:
775

Somalinin paytaxtı Moqadişoda kamikadze inzibati binanın nəzarət-buraxılış məntəqəsi qarşısında partlayış törədib.
Muxalifet.az xəbər verir ki, partlayış nəticəsində 3-ü hərbçi olmaqla, 6 nəfər həlak olub, 14 nəfər yaralanıb. Ölkə rəsmiləri yaralananlardan 6-nın azyaşlı olduğunu bildirib.
Məsuliyyəti Əş-Şabab terror qruplaşması öz üzərinə götürüb.