​S-500 zenit-raket kompleksinin görüntüləri yayıldı - İLK DƏFƏ - VİDEO

Baxış sayı:
7049

Rusiya ordusunun Həştərxanda keçirdiyi hərbi təlimlərdə ilk dəfə S-500 zenit-raket kompleksinin komponenti sınaqdan keçirilib.
 
Muxalifət.az xəbər verir ki, Həştərxanın Aşuluk poliqonunda ilk dəfə S-500-lərin hədəfləri aşkarlayan “Yenisey” radiolokasiya stansiyası sınaqdan keçirilib. Stansiya haqda çox məlum olmasa da, onun S-500 “Prometey” HHM sisteminə daxil olduğu bildirilir.
Ekspertlərin məlumatına görə, stansiya hava hədəflərini “özününkü-yad” prinsipinə görə seçərək bütün yüksəklik diapazonlarında 500 km məsafədə aşkarlaya bilir.
Kompleksin fəaliyyət dairəsinə hərbi qırıcıların, aviasiya hədəfləri, qanadlı və hipersəs raketləri və digər zəif aşkarlanan hədəfləri tutur.
S-500 “Prometey” raketlərini 2020-ci ildə silahlanmasına daxil edəcək./avropa.info/