​S-400 Yaxın Şərqdə oyun qaydalarını dəyişdirir

Rusiyanın S-400 raket sistemləri Yaxın Şərqdə oyun qaydalarını dəyişdirir.
Muxalifet.az xəbər verir ki, bu barədə “Amerikan Nəşnl İnterest” nəşrinin yazarı Stefen Bryen öz məqaləsində qeyd edib.
S-400-lərin 400 km məsafədəki hədəfləri vurmaq qabiliyyətinə malik olduğunu bildirən Bryen ABŞ-ın “Patriot” sistemlərinin isə yalnız 96 km-lik mənzilə sahib olduğunu vurğulayıb.
Bu səbəbdən o, ABŞ-ın S-400-lərə qarşı adekvat silahının olmadığını əlavə edib.