S-400 Türkiyəyə hansı üstünlüyü qazandıracaq?

Baxış sayı:
7939

S-400 hava müdafiə sistemlərinin Türkiyənin cənubuna yerləşdirildiyini düşünsək, 400 kilometr uzaqdan təyyarə və raketlərə kilidlənib, 250 kilometrdən vuracaqlar. Bu, cənubdan gələn böyük təhlükələrə çəkindirmə anlamına gələcək. Hətta Türkiyə beləliklə, Suriyanın şimalını uçuşa yasaq bölgə elan edə bilər. Terrordan təmizlədiyi bölgənin təhlükəsizliyini təmin edə bilər. Həmçinin Şərq Aralıq dənizinin və Kiprin hava məkanında da böyük üstünlük əldə edə bilər.
 
 Bu sistemin bir də Egey dənizi regionuna yerləşdirildiyini düşünək. Bununla bütün Yunan hava məkanını nəzarət edə bilər. Yəni S-400-lərlə Türkiyə mütləq bir strateji üstünlük əldə edə bilər.
 
SİSTEM NECƏ İŞLƏYİR?
 
 1- Uzun mənzilli izləmə radarı havadakı obyektləri təqib edir və gələn məlumatı komanda vasitəsinə göndərir. Potensial hədəflər komanda mərkəzində qiymətləndirilir
 
 2- Hədəfi müəyyən etdikdən sonra komanda mərkəzi raketin buraxılmasına qərar verir
 
 3- Raketin buraxılması ilə bağlı göstəricilər hədəfə görə ən yaxşı mövqedə yerləşən atma vasitəsinə göndərilir və buradan qurudan havaya raketlər göndərilir
 
 4- Angajman radarı raketin hədəfinə çatmasına yardımçı olur
Müxalifət.az