​“S-400 sistemlərinin Türkiyəyə satışı iki mərhələdən ibarətdir” –Moskva təfərrüatları açdı

Baxış sayı:
7528

S-400 sistemlərinin Türkiyəyə satışı iki mərhələdən ibarətdir: Birincisi komplekslərin çatdırılması və yerləşdirilməsi, ikinci mərhələ isə hazırda müzakirə edilir.
 
Muxalifət.az bildirir ki, bu sözləri Rusiyanın Hərbi Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbəri Dmitri Şuqayev RİA-ya açıqlamasında deyib.
“Bu gün sözügedən sistemlərin yerləşdirilməsindən bəhs edirik. Burada təkcə S-400-lərin Türkiyəyə çatdırılması yox, eyni zamanda onların yerləşdirilməsi, təchizatı, yerli mütəxəssislərin bu işə cəlb edilməsidir. Eyni zamanda bu razılaşmanın ikinci mərhələsi müzakirə edilir. Texnoloji əməkdaşlığın inkişaf etdirilməsi…”, – deyə Şuqayev bildirib/Axar.az.