​S-400 müqaviləsi bu həftə imzalanacaq – TÜRKİYƏ

Baxış sayı:
3762

Rusiya Federasiyası ilə Türkiyə arasında S-400-lərin tədarükü ilə bağlı razılaşma bu həftə imzalana bilər.
Muxalifət.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu söyləyib.
 “S-400-lərlə bağlı heç bir problem yoxdur. Kredit məsələsi ilə bağlı razılaşma əldə olunub, yalnız detallar qalıb. Hər iki tərəfin mütəxəssisləri çalışırlar. İşlər yekunlaşdıqdan sonra razılaşmanın bu həftə imzalanacağı gözlənilir”, - deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Rusiya mətbuatı S-400-lərlə bağlı müqavilənin Putinin Türkiyəyə səfəri zamanı son anda imzalamaqdan imtina etdiyi haqqında informasiya yaymışdı.