"S-400-lərin Türkiyəyə göndərilməsi prosesi başa çatdı" - AÇIQLAMA

Baxış sayı:
8520

Rusiyadan S-400 zenit raket komplekslərinin ikinci batareyasının avadanlıqlarının Türkiyəyə göndərilməsi prosesi başa çatıb.

Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi informasiya yayıb.

“S-400 uzunmənzilli raket kompleksinin ikinci batareyasının avadanlıqlarının Mürtəd hava limanına – Ankaraya çatıdırılması bu gün tamamlanıb”, - MN-dən bildirilib.