S-400-lərin Türkiyəyə göndərilmə tarixi açıqlandı

Baxış sayı:
9037

Kremldən “Habertürk”ün "Türkiyəyə göndəriləcək S-400 müdafiə sisteminin parçaları bazar günü təyyarələrə yüklənəcək" xəbəri ilə bağlı açıqlama verib.
 
Kremlin sözçüsü Dmitriy Peskov Rusiya istehsalı S-400 havadan müdafiə sisteminin ilk parçalarının Türkiyəyə göndərilmək üçün bazar günü təyyarələrə yüklənəcəyi xəbərlərinin doğru olub olmadığı sualına, söz mövzusu sistemin göndərilməsi ilə bağlı edilən razılaşmanın şərtlərinin plana görə yerinə yetirilməkdə olduğunu söyləyib.
“Habertürk”ün ortaya atdığı xəbəri təsdiqləməsi istənincə, Peskov "Kremlin sözçüsü olaraq bunu təsdiqləyə bilərəm ki, S-400 razılaşmasının şərtləri eyni planlandığı şəkildə yerinə yetirilir" deyib.
Müxalifət.az