S-400-lər Türkiyəyə yola çıxdı!

Baxış sayı:
4900

Türkiyəyə bu həftə gəlməsi gözlənilən S-400 havadan müdafiə raketlərini daşıyan təyyarələrin Rusiyadan hava qalxdığı iddia edilib.
 
Dünən Bosniya Herseqovina səfəri öncəsi açıqlama verəbğb Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, S-400-lərin təhvil verilməsi mövzusunda bir problem olmadığını söyləyərkən, Kremlin sözçüsü Dmitriy Peskov, Türkiyəyə Rusiya istehsalı S-400 müdafiə sistemi göndərilməsini ehtiva edən razılaşmanın tətbiq mərhələsində olduğunu bəyan etdi. Peskov söz mövzusu sistemin Türkiyəyə göndərilməsinin hansı mərhələdə olduğu ilə bağlı isə dəqiq məlumat verməyib. Ötən bazar günü hava və raketdən müdafiə sistemlərinin 2 yük təyyarəsinə yüklənəcəyi bəyan edilmişdi. Türkiyəyə gələcək S-400-ləri daşıyan təyyarələrin Rusiyanın Tver şəhərindən havaya qalxdığı iddia edilib.
 
S-400-lər havalandı
 
Cümə axşamı günü S-400-lərin təhlükəsizlik səbəbiylə Tverdəki hərbi bazaya alındığı bildirilib. Ötən bazar günü saat 15:30 radələrində iki böyük təyyarəyə lojistik daşıması edilən S-400-lərin dünən gecə 21:00-da lojistik daşıması tamamlanıb. Rus hərbi və siyasi qaynaqlar təyyarələrin Ankaradan gələcək təlimatla hərəkətə hazır olacağını ifadə ediblər. Tver bazasından havaya qalxdığı iddia edilən S-400-lərin bu gün gəlməsi planlanır.
Qeyd edək ki, S-400-lərin quraşdırılması üçün xüsusi texniki qrup daha əvvəl Türkiyəyə gəlmişdi. Rusiyadan gələn 9 nəfərdən ibarət qrupdan başqa, raket sisteminin quraşdırılması üçün texniki işləri görəcək qrupun da bazar ertəsi gününə qədər Türkiyəyə gəlməsi gözlənilirdi.
İlk mərhələdə yalnız bir S-400 batareyasının Türkiyəyə gətiriləcəyi, daşınmanın mərhələ mərhələ reallaşdırılacağı ifadə edilir.
Müxalifət.az