S-400-lər Türkiyədə hansı məkanlara yerləşdiriləcək: Kritik 4 nöqtə

Baxış sayı:
9190

Türkiyəni hava təhdidlərinə qarşı qoruyacaq dünyanın ən inkişaf etmiş hava müdafiə sistemlərindən olan S-400-ün yay aylarında Rusiyadan gətiriləcəyi dəqiqləşib. İndi bu sistemlərin hara yerləşdiriləcəyi də bəlli olmağa başlayıb
 
Əldə edilən məlumatlara görə, Türkiyəyə 4 batareyadan ibarət 2 ədəd S-400 sistemi veriləcək. Hər sistemdə 72 ədəd olmaqla, toplam iki sistemdə 144 raket olacaq. Əlavə 48 ehtiyat raket də olacaq. Beləliklə, cəmi 192 raket Türkiyəyə təhvil veriləcək. Rusiyanın hərbi quruluşuna görə, hava müdafiə sistemi 9 rampadan ibarətdir. Dörd bölmədəki batareyaların sayı 36 olacaq. S-400-lərin batareyaları üç mobil nəqliyyat vasitəsindən ibarətdir: rampa, radar və komanda mərkəzi. Bu sırada S-400 batareyalarında az sayda raketin olması ictimaiyyətdə müəyyən anlaşılmazlıq yaratdı ki, hərbi səlahiyyətlilər də bununla bağlı birgə istehsalı təklif etdilər. Səlahiyyətlilər lazım olan səviyyədə raketlərin ümumi istehsalı sayəsində asanlıqla ehtiyacların ödənə biləcəyini düşünürlər.
 
DÖRD YER ÖNƏ ÇIXIR
 
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ötən günlərdə etdiyi açıqlamada, S-400 batareyalarının Ankara və ya İstanbula yerləşdirilə bələcəyini söyləyərkən, buralara əlavə olaraq Türkiyənin Egey və cənub sərhədinə də yerləşdirə biləcəyi də ifadə edilir. Təhlükəsizlik mütəxəssislərinə görə, S-400-dən Egeydə hər hansı bir nöqtəyə yerləşdirilməsiylə birlikdə, Türkiyə bölgədə strateji üstünlüyü ələ keçirəcək. Mütəxəssislər cənub sərhədində isə Gaziantep və ya Hataya yerləşdirilməsi ön görülən sistemlərin Suriyadan gələcək raket təhdidlərinə qarşı tədbir olmaqla birlikdə, Türkiyə-Suriya sərhədində "quş uçurtmayacağı" qiymətləndirməsini edir.
Qeyd edək ki, raket mənzili 400 km olan S-400-lər, 185 kilometr yüksəklikdə olan hədəflərə çata bilər. Sistem 600 km uzaqlıqdakı hədəfləri müəyyən edir, 10 saniyədən az müddətə təpki verir.
Müxalifət.az