S-400-lər nə zaman Türkiyəyə təhvil veriləcək?

Baxış sayı:
7537

Türkiyə rəhbərliyində iki ayrı qaynaqdan gələn məlumata görə, Rusiya bu S-400-lərin təhvil verilməsinə 21 iyundan etibarən başlaya biləcəyi bildirilir.
 
Ancaq keçən həftə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın açıqlamasıyla yeni bir vəziyyətin ortaya çıxdığı aydın olur.
Akar S-400-lərin Türkiyəyə gələcəyini, amma bunun iyun ayı içərisində olmayacağını, bir az ləngiyə biləcəyini açıqlayıb.
Bu ifadələr iradə mənasında bir dəyişmənin olduğunu göstərməsə də, tarix baxımından bir az sapma ola biləcəyinə işarə edir.
Səbəb?
Böyük ehtimalla iyun ayının sonunda Yaponiyada G-20 sammiti çərçivəsində ediləcək olan Ərdoğan-Tramp görüşməsini və bu görüşmənin nəticələrini gözləməkdir.
Müxalifət.az