S-400 gərginliyi Türkiyə-NATO münasibətlərinə necə təsir edəcək?

Baxış sayı:
7339

Türkiyə ordu baxımından NATO-ya ən böyük qatqı təmin edən ölkələr arasında iştirak edir. Bunun içərisinə silahlar, maliyyə və strateji mövqe də daxildir. Bəziləri bunun ABŞ və NATO üçün hələ də əhəmiyyətli olduğunu düşünə bilər. Ancaq S-400 üzərindəki mübahisə (Suriya və Orta Şərqdəki siyasətlərə və Kürdlərə dəstək) yalnız ABŞ ilə Türkiyə arasındakı bir mövzu deyil, bunun təsiri NATO-da daha geniş diametrdədir. Bu kontekstdə Türkiyənin NATO-dan ayrılmasının ortaya çıxma ehtimalı da var.
 
NATO 2014-dən bəri canlanan bir Rusiya ilə üz-üzədir və Rusiyanın hərbi gücünün artmasından şikayət etməkdədir. Xüsusilə bu vəziyyətdə Türkiyə kimi güclü bir üzvü ittifaqda aktiv tutmaq NATO-nun öz mənfəətinə uyğun gəlməkdədir. Buna görə də NATO-nun S-400 məsələsində bir razılaşma əldə etməsi, heç olmasa pisləşən əlaqələri yumşaltmaq, bütün tərəflərin etibarını xilas etmək və ittifaqı qorumaq baxımından xeyrinə olacaq. Buna müstəqil bir sistem olaraq Türkiyənin S-400-ü əlində tutması (NATO şəbəkəsinə tam olaraq inteqrə olmadan), ABŞ-ın Patriot, digər inkişaf etmiş silah(daha aşağı qiymət və daha çox texnologiya paylaşması) və ya Türk sənayesi ilə əməkdaşlıq mövzusunda daha yaxşı bir təkliflə gəlməsi də daxildir.
Müxalifət.az