S-400-dən sonra ABŞ-dan Türkiyəyə ilk ziyarət

Baxış sayı:
8182

Havadan müdafiə sistemi S-400-ün Ankaraya daşınması davam edərkən, ABŞ-dan üst səviyyə bir heyətin bu həftə Türkiyəyə gəlməsi gözlənilir.
 
ABŞ və Türkiyə arasında böhrana səbəb olan S-400 havadan müdafiə sistemlərinin Ankaraya daşınması davam edərkən, ABŞ-dan üst səviyyə bir heyətin bu həftə Türkiyəyə gəlməsi gözlənilir. Hərbçi və mülki şəxslərdən ibarət olan heyətin Xarici İşlər Nazirliyi və Milli Müdafiə Nazirliyində müxtəlif görüşlər keçirəcəyi bildirilib. S-400 gətirilməsindən sonra ABŞ tərəfindən Türkiyəyə ilk ziyarət olması səbəbiylə əhəmiyyət daşıyan kritik görüşdə, S-400 daşınma prosesi, F-35 proqramı, ola biləcək CAATSA sanksiyaları və Suriyanın şimalında qurulması planlanan ‘təhlükəsiz bölgə' mövzusunun gündəmə gəlməsi gözlənilir.
 
‘TƏHLÜKƏSİZ BÖLGƏ' ADDIMI
 
Son günlərdə TSQ-nin Suriya sərhədindəki hərəkətliliyi və sərhəd xəttinə hərbi daşımaları diqqət çəkərkən, Ankaraya gələcək ABŞ-lı üst səviyyə heyətin S-400-lə yanaşı, Suriyanın şimalında qurulması planlan ‘təhlükəsiz bölgə' mövzusunda da görüşlər keçirməsi gözlənilir.
 
MAYK POMPEO: SANKSİYA OLA BİLƏR
 
Rus istehsalı S-400 havadan müdafiə sistemlərinin Türkiyəyə təslimatının başlamasından sonra gözlər ABŞ-ın atacağı addımlara çevrilib. ABŞ Xarici İşlər naziri Mayk Pompeo Amerikanın Rəqiblərinə Sanksiyalar Yoluyla Etiraz etmə Qanununa (CAATSA) işarə edərək "Qanunlar sanksiya tətbiqi tələb edir" deyib. “Vaşinqton Post” qəzetinə açıqlama verən Pompeo, Türkiyəyə S-400 təslimatını araşdırdıqlarını ifadə edərək "Qanunlar sanksiya tətbiq olunmasını tələb edir və əminəm ki, qanuna biz və prezident Tramp da uyğun davranacaq" deyib.
Müxalifət.az