​S-400 ABŞ və Almaniyanı hərəkətə keçirdi: Gizli görüş

Baxış sayı:
7180

ABŞ-la Almaniya arasında S-400-ə alternativ raket əleyhinə sistem yaradılması üçün gizli görüş keçirilib.
Muxalifet.az xəbər verir ki, "Defens Nyus"un yaydığı məlumata əsasən, yeni sistem Almaniyanın TLVS adlı raket əleyhinə müdafiə sistemi əsasında yaradılacaq. Böyük miqdarda ABŞ-ın PAC-3 sistemindəki texnologiyalardan istifadə ediləcək.
Məlumata görə, ABŞ avropalı müttəfiqlərini qorumaq üçün yeni sistem istehsal edilənə qədər Almaniyaya PAC-3 kompleksləri sata biləcək.